Hindistanın baş naziri Narendra Modi ölkəsinin bundan sonra Rusiya neftini almayacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib.
“Dostum (Modi, – red.) məni Rusiyadan neft almayacağına inandırdı. O, bunu dərhal edə bilməz; bu, bir prosesdir. Amma bu, tezliklə başa çatacaq”, – Tramp deyib.
ABŞ lideri həmçinin əlavə edib ki, Vaşinqton Hindistanın Rusiya neftini almağa davam etməsindən məmnun deyil.
“Çünki bu, Rusiyaya artıq bir milyon əsgərini itirdiyi müharibəni davam etdirməyə imkan verir”, – o əlavə edib.
Tramp deyir ki, o, Çini də buna məcbur etməyə çalışacaq.