GƏNC VƏTƏNPƏRVƏRLƏR İCTİMAİ BBİRLİYİ ÇİMƏRLİK ZONALARINDA MAARİFLƏNDİRMƏ AKSİYAYA START VERDİ
Gənc Vətənpərvərlər İctimai (GVİB)Yay çimərlik mövsümü ilə əlaqədar birliyin yerli şöbələrin və üzv olan təşkilat üzvlərin söz təmsilcilərin və könüllülərdən ibarət GVİB-n təşkilat komitəsinin təbliğat və təşviqat qrup üzvlərin iştirakı ilə tədbir keçirib.
Tədbirdə çıxış edən GVİB-nin sədri Müqamət Əliyev qeyd etdi ki, Yay çimərlik mövsümü ilə əlaqədar Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda qeyri çimərlik ərazilərində tez-tez boğulma hadisələri baş verir.Boğulanların əksiriyyəti KİV məlumatlarına əsasən yeniyetmə və gənclərdən ibarətdir. M.Əliyev bildirdi ki,Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyətinə dəstək olaraq könüllü olaraq əhali arasında maarifləndirmə işlərinin aparılmasını ehtiyac duyduöunu bildirdi. Onu da qeyd edən sədr bildirdi ki, çimərlik ərazilərində isti yay günlərində sərinləmək həvəsi insanları çox çimərliklərə üz tutmağa vadar erdir.Lakin çimərliyə gələn insanların heçdə hamısı yaxşı üzə bilmir və yaxud üzməyi bacarmır.Bu da növbəsində arzu olunmaz hadisələrə səbəb olur.
GVİB –n təşkilat komitəsinin üzvü F.Əliyev yay mövsümü ilə əlaqədar insan təhlükəsizliyin təmin olunması ilə bağlı bunları bilməyi məsləhət gördü.