Sandora” meyvə şirəsindən kif çıxıb.

Daxil olan videogörüntülərdə, vətəndaş aldığı Sandora meyvə şirəsindən gözlənilməz və narahatlıq doğuran mənzərə ilə qarşılaşıb. Onun sözlərinə görə, qabı açdığı anda şirənin içərisində kifə bənzər naməlum maddə aşkar edib.

Şikayətçi bildirir ki, məhsulun istifadə müddəti hələ bitməsə də, içərisində görünən qatışıqlar ciddi qida təhlükəsizliyi şübhələri yaradır. Hadisə ilə bağlı istehlakçı məhsulun qablaşdırılmasını və daxilindəki maddəni sənədləşdirərək aidiyyəti qurumlara müraciət etməyə hazırlaşdığını deyir.

İstehlakçılar hesab edir ki, tanınmış bir brendin məhsulunda belə halın baş verməsi həm saxlanma şəraiti, həm də istehsal prosesinə nəzarətin səviyyəsi ilə bağlı suallar doğurur.

Qarşı tərəfin mövqəyini dərc etməyə hazırıq.Patrulaz.az

VİDEO LİNKDƏ: https://xalq.online/sandora-meyve-siresinden-kif-cixib

XalqXeber.Az

Mənbə