Nəsimi rayonunda səki belə zəbt olunur

 Nəsimi rayonunda səkilər belə zəbt olunur

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 5 mərtəbəli bu bina layihəyə görə qarajdır. Tikintisi hələ tamamlanmayıb, amma obyektin bir tərəfindəki səki parkinqə çevrilib, o biri tərəfindəki səkidə isə terras tikməyə cəhd olunub.

Bu barədə yazan izləyici bildirib ki, binanın alt mərtəbəsi restoran fəaliyyəti üçün icarəyə verilib. Təxminən iki ay öncə restoranın qarşısında terras tikmək cəhdinin qarşısı alınsa da, ərazi tikinti qalıqlarından hələ də təmizlənməyib.(Xalq.online)


XalqXeber.Az

Mənbə