“AKA BUSİNESS” MMC vətəndaşlara qarşı hansı dələduzluq metodundan istifadə edib?: Elmar Ağasoylu vəziyyətdən necə çıxır?

Son illər ölkədə müəyyən iş və digər vədlər adı altinda vətəndaşlar misli görünməyən dələduzluğa məruz qalır. Əslində, daha asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər sadə vətəndaşların iradəsindən, onlara yalan vədlər verməklə rahat şəkildə istəklərinə nail olur. Təbii ki, belə olan halda narazılıqlar günü gündən artacaq. 
Demiryumruq.az saytına daxil olan şikayət məktubu elə məhz yuxarıda qeyd etdiyimiz faktlarla bağlıdır. Belə ki. adı hallanmasını istəməyən vətəndaş iddia edir ki, “AKA BUSİNESS” MMC bir neçə əməkdaşı onu 55000(əlli beş min) ABŞ dollarını ələ keçirəcək iş vədləri veriblər. Lakin xanım şikayətçi bir müddət sonra şirkətin əməkdaşları tərəfindən aldadıldığını zənn edir. Məktubda daha sonra əlavə olunur ki, “AKA BUSİNESS” MMC rəhbər şəxslərindən biri olan Ağasoylu Elmar adlı şəxs konkret olaraq xanıma qarşı dələduzluq etdiyi bildirilir.

Bununla bağlı xanım Daxili İşlər Nazirliyinə müraciət edərək vəziyyəti rəsmi qaydada nazirliyin diqqətinə çatdırılır. Aparılan bəzi araşdırmaların nəticələrinə görə şirkətin iki əməkdaşı həbs olunaraq barələrində cinayət işi açılır. Əfsüslər olsun ki, əsas fiqur kimi göstərilən E. Ağasoylu hələ də azadlıqdadır. Əldə etdiyimiz məlumatlara görə, Elmar Ağasoyın ölkədən çıxışına məhdudiyyət qoyulub. Maraqlı məqam ondan ibarətdir ki, ACCA şirkəti tək xanım şikayətçinin pulunu mənimsəməyib. Bir necə vətəndaşın da pulunu mənimsədiyi söylənilir. 
Bundan sonra aparacağımız araşdırmalar ondan ibarət olacaq ki, “AKA BUSİNESS” MMC və onun fəaliyyəti hansı istiqamətdə aparılır? E. Ağasoylu hansı yollarla vətəndaşların pulunu ələ keçirir?
Araşdırmalar davam edir.
Demiryumruq.az

XalqXeber.Az

Mənbə