Ceyhun Bayramov Hakan Fidanla görüşüb – Nədən danışdılar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Görüş  ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Vyanada  baş tutub.
Görüşdə tərəflər ikitərəfli əlaqələri regional və qlobal məsələləri,  eyni zamanda Cənubu Qafqazda dayanıqlı sülhün əldə edilməsi istiqamətində gedən  prosesləri  müzakirə ediblər.