Rusiyanın 5 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 103 PUA vurub.

Dunyaxeber.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Krımda 40, Həştərxanda 26, Qara dəniz üzərində 19, Rostovda 14, Azov dənizi suları üzərində 2, Belqorod və Kalmıkiyada 1 PUA zərərsizləşdirilib.