QHT Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəıyi ilə layihəyə start verdi

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəıyi ilə ” Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi “adlı layihəyə start verdi. Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev icra olunan layihənin mahiyyətindən söhbət açıb Layihə rəhbəri M.Əliyev bildirib ki, layihə 3 ay müddətində 01.02.2022-ci il tarixdən 01 may 2022-ci il tarixədək Bakı şəhərində həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan eyni zamanda pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində ,əyləncə mərkəzlərində , idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. Tədbirdə ,QHT, KİV-lərin, , Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak edib.

GVB-n KİV üzrə şöbəs